Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-08-2023 , 21:44

9394

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyə sədri:“Məqsədimiz bələdiyyənin əhali arasında nüfuzunu artırmaqdır”

“Bələdiyyənin əhali arasında nüfuzunu artırmaq üçün ilk növbədə onun büdcə gəlirlərini artırmaq barədə düşünmək lazımdır.”– bu fikirləri Belediyye.infoya Səbail rayonu  Badamdar bələdiyyəsinin sədri Təzəxan Məmmədov bildirib.

Sədrin sözlərinə görə,  bələdiyyənin fəaliyyətində səmərəliliyinin artırılması daim bələdiyyə iclasının diqqətində saxlanılır. Bununla yanaşı maliyyə istiqamətləri barədə təhlillər aparılmalı, indiki məqamda  bildirişlərin vergi ödəyicilərinə  vaxtında çatdırılması təmin edilməlidir.

Təəssüflə bildirmək istərdik ki,  bir çox hallarda seçicilərimiz fəaliyyətimizə dəstək vermək əvəzinə, əksinə müəyyən addımlar atmaqla problem yaradırlar. Bir tərəfdən vergilərini vaxtında verməməklə yanaşı, digər  ödəyicilərimizi də  vergiləri ödəməməyə təhrik edirlər.

Belə olan halda vergi xidməti orqanın üzərinə böyük  məsuliyyət yükü düşür.  

Məhz bələdiyyənin həyata keçirdiyi tədbirlər nəticəsində son iki ildə bələdiyyəmizin büdcə gəlirlərində artım hiss edilməkdədir.

Sədr sonda bildirib ki, büdcə gəlirlərimizi artırmaqla sakinlərin üzləşdikləri problemlərin həllini də sürətləndirmək istəyirik.

 Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026
526

Səkkiz bələdiyyənin yarim milyon manat  borcu var

Gündəlik Xəbərlər
08-07-2026
531

Bələdiyyə icra-münasibətlərində Masallı təcrübəsi

Gündəlik Xəbərlər
30-06-2026
732

Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

Gündəlik Xəbərlər
09-06-2026
564

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026
772